İqtisadiyyat

Madriddə Azərbaycan şərablarının təqdimatı keçirilib

16-10-2018 | 13:44        

  

Azərbaycanda bütün istehsal sahələrinə olduğu kimi şərabçılığa da yüksək səviyyəli dövlət qayğısı göstərilir. Məhz bu qayğının nəticəsdir ki, Azərbaycan şərabları bu gün yüksək keyfiyyəti ilə dünyanın ən qabaqcıl bazarlarını bəzəyir. Növbə İspaniyanındır. 2018-2025-ci illərdə Şərabçılığın inkişafına dair dövlət proqramı çərçivəsində, ölkəmizin İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə, Madriddə Azərbaycan şərablarının təqdimatı keçirilib.

İspaniya şərab istehsalına görə, dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bu ölkədə Azərbaycan şərablarının təqdimatı və ispan şərabları ilə müqayisəli dequstasiyası, məhsullarımızın dünya bazarını fəth etməsi baxımından böyük əhəmiyyət daşıyır. Madridin tanınmış “Rioxa Mərkəzi”ndə keçirilən təqdimetmə mərasimində İspaniyanın dövlət rəsmiləri, bu ölkədə akreditə olunmuş diplomatik korpusun nümayəndləri, tanınmış şərabçılıq mütəxəssisləri iştirak edirdi.

Ölkəmizin İspaniyadakı səfiri Anar Məhərrəmov Azərbaycanda şərabçılığın prioritet istehsal sahələrindən olduğunu diqqətə çatdırdı. Səfir vurğuladı ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda şərabçılıq ölkəmizdə əvvəlki nüfuzunu bərpa edib. İndi yüksək keyfiyyətli Azərbaycan içkiləri dünya bazarın ən rəqabətə davamlı şərablardan hesab olunur. Ölkədə bu sahəniin inkişafına dair qəbul edilmiş dövlət proqramları çərçivəsində  “Made in Azerbaijan” brendi adi altında olkə şərablarının geniş şəkildə satışı və təşviqi həyata keçirilməkdədir. Müqayisəli dequstasiya mərasimində Azərbaycanda şərabçılığın yayılma arealı, milli xüsusiyyətlərindən bəhs edən videoçarx nümayiş olundu. Sonra qonaqlara Azərbaycanda istehsal olunmuş Savalan şərabları təqdim edildi. Təqdimat mərasimində iştirak edən ispaniyalı mütəxəssislərin Azərbaycan Şərabları ilə bağlı sualları cavablandırıldı. Azərbaycan məhsullarının dadı və keyfiyyəti təqdimat iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

Azərbaycan şərablarının təqdimatı mərasimində qonaqlara zəngin mətbəximizin nümunələri təqdim edildi. Milli yemıklər, şirniyyat növləri mərasim iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.