Siyasət

San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyannamə qəbul edib

16-10-2018 | 12:35        

  

ABŞ-ın San-Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilən və Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır. Sənəddə San-Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü təbrik edilir. San-Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir.