Digər

Alfred Nobelin abidəsinin açılışı olub

16-10-2018 | 12:26        

  

Bakıda Nobel Qardaşlarının Ev Muzeyində dünya şöhrətli alim və neft maqnatı Alfred Nobelin abidəsinin açılışı olub. Açılış mərasimində  Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov bidirdi ki, rəhbərlik etdiyi təşkilat qlobal sülh, rəqəmsal innovasiya, iqtisadiyyatın və enerji asılılığı şəraitində  cəmiyyətin tələblərinə cavab verən təşəbbüs irəli sürüb. Bu təşəbbüs  geniş ictimai sorğuya əsaslanır və Azərbaycanda Nobel İrsinə münasibətin nümunəsidir. “Mədəniyyətlərin Dialoqu-Vahid Dünya” Beynəlxalq Xeyriyyəçilik Fondunun prezidenti Ruslan Bayramov, Nobel Ailəsi Cəmiyyətinin sədr müavini Tomas Tüden və digərləri Nobel irsinin Azərbaycanda qorunub saxlanıldığını və Alfred Nobelə aid abidənin açılışını yüksək qiymətləndirdilər.