Mədəniyyət

II Muğam festivalında iştirak ərizələrinin qəbuluna sabah start verilir

28-01-2011 | 16:28        

  

Azərbaycanda ikinci Muğam festivalı üçün sənədlərin qəbulu sabahdan etibarən başlayacaq. Bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib.

Nazir müavini bildirib ki, 18-35 yaş arasında olan şəxslər festivalda iştirak etmək üçün sənədlərini konservatoriyaya təqdim edə bilər. Sənədlərin qəbulu fevralın 20-nə qədər davam edəcək. Həmçinin qeyd olunub ki, festivalın keçiriləcəyi yer Azərbaycanda Alman Mədəniyyət Mərkəzi olan Kirxa olacaq. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi qeyd etdi ki, Respublika festivalı bitdikdən sonra Beynəlxalq muğam festivalı başlayacaq. Festivalın əsas təşəbbüskarı və təşkilatçısı Heydər Əliyev fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Milli Konservatoriyadır. Siyavuş Kəriminin rəhbərlik etdiyi  münsiflər heyətinə Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan Ağayev, Mənsum İbrahimov və Səkinə İsmayılova kimi görkəmli sənətkarlar daxildir. II Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsində “Qran-pri”nin sahibinə 25 min avro  mükafat veriləcək.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR