Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb

16-10-2018 | 10:16        

  

2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun 4-cü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb. Müsabiqədən keçən şəxslər oktyabrın 17-dək zəruri sənədləri aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər. Bununla yanaşı, tədris ili boyunca yaranan yeni vakansiyalar üçün də namizdələrin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəzərdə tutulur.