Cəmiyyət

Konstitusiya gününə həsr edilən konfrans keçirilib

10-11-2011 | 15:52        

  

 

Gənclər Təşkilatları Milli Şurası və “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı  icması”  İctimai birliyinin  birgə təşəbbüsü ilə  konstitusiya gününə həsr edilən konfrans keçirilib. Konfransda insan hüquqlarının müdafiəsi və təbliğində gənclərin fəal iştirakından danışılıb.

Konstitusiya gününə həsr edilən konfrans dövlət himninin səsləndirilməsi ilə başladı. Konstitusiya məhkəməsinin hakimi Ceyhun Qocayev    Azərbaycanın  dövlət müstəqilliyini bərpa edildikdən   sonra  yeni konstitusiya layihələri üzərində  görülən işlərdən söhbət açıb. O, hüquq sisteminin  təminat prinsipləri barədə ətraflı məlumat verib.  Millət vəkili, Gənclər Təşkilatı Milli Şurasının sədri  Fuad Muradov isə bildirdi ki, yeniləşən dünyada daima konstitusion hüquqların bərpası istiqamətində mübarizə gedir. Vurğulayıb ki,  gənclər də insan hüquqlarının müdafiəsi və təbliğində fəal iştirak edirlər. Millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri və məcburi köçkün gənclərin bir araya gəldiyi toplantıda mövzu ətrafında geniş məruzələr dinlənilib.

 

 


  

 

 






 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (01.10.2016) :
Buludlu Gecə : +13+15 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR