Cəmiyyət

Dövlət Miqrasiya Xidmətinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 635 min 922 müraciət qeydə alınıb

15-10-2018 | 15:45        

  

Bu ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 635 min 922 müraciət qeydə alınıb. Ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və uzadılmasına görə isə 59 min 745 müraciət edilib. İnzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 15 min 349 qərar qəbul edib. Qərarlardan 9 min 812-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. 8 min 101-i ölkəni tərk etmə, 1711-i isə ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 46, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı isə 12 qərar qəbul edilib.