İqtisadiyyat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə BP Azərbaycan şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb

15-10-2018 | 14:39        

  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə BP Azərbaycan şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verilməsi məqsədi daşıyır.

Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi vacib bir məsələ olduğundan, bu istiqamətdə davamlı islahatlar aparılır, müxtəlif layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizdə qeyri-neft sektoruna 100 milyard manatdan artıq investisiya yatırılıb. Nəticədə qeyr-neft sektorunda 3,2 dəfə artım qeydə alınıb. İllik artım tempi isə 8,1 faiz olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı hesab edir ki, BP Azərbaycanla imzaladıqları anlaşma memorandumu gələcəkdə də neft gəlirlərinin qeyr-neft sektorunun inkişafında istifadəsi baxımından əhəmiyyətlidir.

Vüsal Qasımlı - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru:

Biz gələcəkdə bu meorandumun ayrı ayrı bəndləri üzrə daha konkret tədbirlərin həayat keçirilməsi istiqamətində işləcəyik xüsusi olaraq dünya təcürübəsinin öyərnilməsi və Azərbaycanda tətbiqi və Azərbaycanda əldə olunan uğurların dünyasın bir sıra dünya  ölkəsində tətbiq olunmasına da baxılacaq.

Anlaşma memorandumu ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verməklə yanaşı, dövlət-özəl sektorun inkişaf potensialını gücləndirəcək, sosial və dayanıqlı inkişaf üzrə məqsədlərə nail olmaq üçün  qarşılıqlı birgə layihələrin həyata keçirilməsinə imkan verəcək.

Bəxtiyar Aslanbəyli - BP Azərbaycanın xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti:

BP şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi 26 il ərzində ölkənin karbohidrogen yataqlarının işlənməsi ilə məşğuldur. Fəaliyyətimiz nəticəsində ölkə iqtisadiyyatının inkişafına dəstək verməyə çalışmışıq. Neft-qaz layihələri ilə bərabər, sosial məsuliyyətini dərk edən bir korporativ qurum olaraq da kifayət qədər geniş həcmli müxtəlif sahələri əhatə edən sosial layihələrimiz var. Memorandumun imzalanması ilə yanaşı biz mərkəzlə daha bir layihə istiqamətində işləməyə başlamışıq.Yeni layihə strateji yol xəritəsində nəzərdə tutulan islahatların müxtəlif dövlət qurumları tərəfindən vahid bir platformada cəmlənməsini nəzərdə turur. 48-ə qədər dövlət orqanından daxil olan məlumatlat bir platformada cəmlənəcək daha geniş şəkildə tətbiq ediləcək.

Təbdir çərçivəsindəı Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, www.enterpriseazerbaijan.com saytı barədə geniş məlumatlar təqdim edildi.