İqtisadiyyat

Azərbaycan “National Geographic Traveler Awards 2018” mükafatının ekskursiya turizmi üzrə ilk üçlüyündədir

15-10-2018 | 14:32        

  

“TurStat” analitik agentliyi rusiyalı turistlərin xaricdə istirahətinin turizm istiqamətləri üzrə “National Geographic Traveler Awards 2018” mükafatı uğrunda səsvermənin yekunlarını təhlil edib.

Ən yaxşı turizm istiqamətləri üzrə səsvermə “National Geographic Russia” internet-saytında keçirilib.

Azərbaycan ekskursiya turizmi üzrə populyar olan ölkələrin ilk üçlüyünə daxil olub.

“TurStat”ın məlumatına görə “Ekskursiya istirahəti” nominasiyasında səslərin 25 faizi Çexiyaya, 22 faizi Fransaya, 20 faizi Azərbaycana, 18 faizi Britaniyaya, 15 faizi isə Portuqaliyaya verilib.

Səsvermənin nəticələrinə görə, Azərbaycan İtaliya və Özbəkistanla birlikdə rusiyalıların qastronomik turizm istiqamətində ilk üçlükdə yer tutub.