Siyasət

Sankt-Peterburqda MDB PA Şurasının iclası keçirilib (Yenilənib)

10-11-2011 | 14:17        

  

Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının növbəti toplantısı keçirilib. İclasda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti iştirak edib. Səfər çərçivəsində spiker bir sıra görüşlər keçirib.

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının iclasında təşkilati məsələlərə baxılıb, şuranın və bir neçə daimi komissiyanın sədrləri seçilib. İclasda bu ilin sentyabr və oktyabrında MDB dövlət və hökumət başçılarının toplantılarında qəbul olunan qərarlara baxılıb. Şura üzvləri Qazaxıstanda parlament, Qırğızıstanda prezident seçkilərində müşahidələrin nəticələri ilə tanış olublar. İclasda Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konsfransın, “Vətəndaşların demokratiya və seçki hüquqları”, “MDB: nailiyyətlər, problemlər və perspektivlər” seminarının nəticələri, MDB-nin və Assambleyanın 20 illiyinə həsr olunan tədbirlər planına dair müzakirələr aparılıb. Parlamentarilər Assambleyanın 2012-ci il üçün işlər planını, həmçinin 2013-2014-cü illərdə model qanun yaradıcılığı sahəsində görüləcək işləri müəyyənləşdiriblər.

Səfər çərçivəsində spiker Oqtay Əsədov Fizuli rayonunun keçmiş hərbi komendantı, istefada olan daxili xidmət general-leytenantı Aleksandr Voloxa Azərbaycan Milli Məclisinin fəxri medalını təqdim edib. Azərbaycanın Rusiyadakı səfirliyinin, Milli Məclisin üzvlərinin və Azərbaycan diasporunun fəallarının qatıldığı təltifetmə  mərasimində Oqtay Əsədov Aleksandr Voloxun Azərbaycan xalqı qarşısındakı xüsusi xidmətlərindən danışaraq bildirib ki, o, igidliyinə və vətəndaş mövqeyinə görə mükafatlandırılır. Qeyd edib ki, hələ 1991-ci ildə Dağlıq Qarabağda separatçı erməni silahlı dəstələri özbaşınalıqlar törədərkən Füzuli rayonunun komendantı olan Aleksandr Volox əsil zabitə xas olan şücaət və igidlik nümunəsi göstərib. Aleksandr Volox bu mükafatın onun üçün gözlənilməz olduğunu və vəzifə borcunu yerinə yetirərkən bu barədə düşünmədiyini bildirib. 

Ədalətli işlər tanınmalıdır və mən buna görə Azərbaycana minnətdaram deyən, Aleksandr Volox ölkəmizin bundan sonra da çiçəklənəcəyini, haqqın qalib gələcəyini deyib. Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Aleksandr Voloxu təbrik edərək yüksək səviyyədə olan Azərbaycan-Rusiya münasibətlərindən danışıb. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov isə deyib ki, Aleksandr Voloxa Azərbaycanın yüksək mükafatının təqdim edilməsi onun qəhrəmanlığına görə xalqımızın minnətdarlığının yaxşı təcəssümüdür.

Sonra səfər çərçivəsində Milli Məclisinin sədri Oqtay Əsədov Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb. Görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına, qanunverici orqanların əməkdaşlığının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Vladimir Litvin ölkəmizi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibəti ilə təbrik edərək bunu Ukraynanın da uğuru kimi qiymətləndirib. Azərbaycanın son illər bütün sahələrdəki uğurlarını, xüsusilə siyasi, iqtisadi nailiyyələrini   qeyd edib. Daha sonra Oqtay Əsədovun Qırğızıstan Parlamentinin nümayəndə heyəti ilə görüşündə də əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.   

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR