İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşlara yeni xidmətlər təqdim edir

12-10-2018 | 12:58        

  

Artıq ölkə vətəndaşları və Azərbaycana gələn turistlər axtardıqları bank və bank filiallarını, sığorta təşkilatlarını, eləcə də valyuta mübadiləsi məntəqələrinin ünvanını daha rahat tapa biləcəklər. Həmçinin, “966 Çağrı Mərkəzi”nə müraciət etməklə maliyyə və bank sektoruna aid suallara operativ cavab almaq mümkün olacaq. Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdikləri xidmətlər bu imkanı yaradır.

Ölkənin bütün regionlarında fəaliyyət göstərən banklar, bank olmayan kredit təşkilatları, bankomatlar, valyuta mübadiləsi məntəqələri, sığorta şirkətləri, “Azərpoçt”un filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən “İ-Map informativ” xəritəsi yaradılıb. Vətəndaşlar və turistlər məkandan asılı olmayaraq, xəritənin köməyi ilə maliyyə xidmətlərini göstərən təşkilatların ünvanları, əlaqə telefonları, iş saatları və digər məlumatları əldə edə biləcəklər. İnformatif xəritə 2 dildə Azərbaycan və ingilis dilində fəaliyyət göstərir. Bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının “Fimsa.Az” saytına daxil olmaq kifayət edir.

İnformativ xəritədə  turistlərin məlumatlandırılması üçün işğal altındakı ərazilərimiz, həmçinin turistik istiqamətlər barədə məlumatlar əks olunub. İnformativ xəritədə əlavə bir neçə funksiyanın tətbiqi də nəzərdə tutulur. Bundan başqa, vətəndaşların suallarının operativ cavablandırılması, şikayətlərin, habelə təkliflərin qəbulu məqsədilə “966 Çağrı Mərkəzi” fəaliyyətə başlayıb və fasiləsiz xidmət göstərəcək. Çoxkanalllı, sualları 3 dildə cavablandıracaq, ölkənin bütün stasionar və mobil şəbəkə operatorlarından zəng qəbul edəcək Çağrı Mərkəzinin hədəfi maliyyə xidməti istehlakçılarının xətdə gözləmə müddətini minimuma endirməkdir. Çağrı Mərkəzi xüsusi proqram təminatı, ən son avadanlıq və serverlərlə təchiz olunub. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR