Rəsmi xronika

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonunda bir sıra sosial və iqtisadi təyinatlı müəssisələrin açılışında iştirak ediblər

12-10-2018 | 09:14        

  

Oktyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna  gəldilər. Dövlət başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə rayonda icra olunan layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi. Sonra dövlət başçısı Qubanın İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışında iştirak etdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, uzunluğu 33 kilometr olan və dördüncü texniki dərəcəyə uyğun tikilən iki hərəkət zolaqlı yol bütün texniki standartlara uyğun tikilib. Bu yol 11 yaşayış məntəqəsini birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Dövlət başçısına Quba-Xaçmaz və Quba-Susay-Xınalıq avtomobil yolunun yenidən qurulması, həmçinin, Quba-Qonaqkənd yolunun tikintisi barədə də məlumat verildi. Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə də tanış oldular. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildən fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı sərəncama əsasən İnstitutunun inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda bütün müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan “Aqroekologiya və analiz laboratoriyası” və “Bitkilərin Mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyası” təşkil edilib. Laboratoriyada alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi “İstixana-tingçilik kompleksi” tikilib.

50 hektar ərazidə müasir və məhsuldar meyvə bağları salınıb. Prezident İlham Əliyevə “Ağıllı bağ”, “AqroUber” layihələri, həmçinin, yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verildi, Kənddən Şəhərə layihəsinin məqsəd və vəzifələrindən danışıldı. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etdilər. İNTERŞUM. Səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki,  230 çarpayılıq yeni xəstəxana binasında müasir  tibbi avadanlıqlar quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksiya xəstəlikləri, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım, Perinatal Mərkəz şöbələri də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yaradımçı sahələr üçün binalar inşa olunub. Xəstəxanada 94 həkim və 149 orta tibb işçısı çalışır. Sonra Prezident İlham Əliyev xəstəxananın tibb heyəti ilə görüşdü. Dövlət başçısı yüksək səviyyədə qurulan və müasir avadanlıqlarla təchiz edilən Quba rayon Mərkəzi Xəstəxanasının açılışı münasibətilə təbriklərini çatdırdı. Burada xəstəliklərin müayinəsi və həkimlərin fəaliyyəti üçün hər cür şəraitin olduğunu dedi. Ölkə üzrə yeni xəstəxana binalarının inşasının aparıldığını və bu prosesin gələn il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev bununla da ölkə üzrə mövcud olan tibb müəssisələrinin fəailiyyətinin keyfiyyətcə yeni mərhələyə qaldırıldığını vurğuladı. Qubada gedən inkişaf proseslərindən danışarkən dövlət başçısı qeyd etdi ki, son illərdə bütün regionlarda olduğu kimi, Qubada da genişmiqyaslı sosial və infrastruktur layihələri uğurla icra olunur, yeni yollar çəkilir, qazlaşdırma prosesi davam edir, tuirizmin inkişafı ilə bağlı tədbirlər görülür. Həkim Kəmalə Heybətova dövlət başçısına onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi. Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Günəş” körpələr evi-uşaq bağçasının açılışında da iştirak etdilər. İNTERŞUM. 100 yerlik bağçanın inşasına ötən il başlanılıb. Bu ilin sentyabrında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina iki mərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnməsi üçün hər cür şərait qurulub. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.  Qubaya səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ABAD Factory” İstehsalat Kompleksinin açılışında iştirak etdi. Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirdilər ki, “ABAD” publik hüquqi şəxsin “Quba ABAD Factory” İstehsalat Kompleksində bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 1010 kiloqram olan qənnadi məmulatları və 1200 banka kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq. “Paşa Holding”in dəstəyi ilə “ABAD” publik hüquqi şəxs tərəfindən həyata keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində isə “Quba ABAD Factory”nin önündə “food truck park”ı yaradılıb. Burada “dönər”, “bürger”, “şirniyyat” və “pizza”ların hazırlanması və satışı nəzərdə tutulub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  “Qubaekoaqrar” MMC-nin sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malik olan kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak etdilər. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Quba-Xaçmaz iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verdi. Nazir Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərdən danışarkən bildirdilər ki, burada meyvələrin qurudulması, fındıq qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur. Zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük olunan məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək. Müəssisənin xammala tələbatının ödənilməsi üçün növbəti mərhələdə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, istehsal gücünün 2 dəfə artırılması, cem və mürəbbə istehsalının təşkili nəzərdə tutulur. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gənclər parkında yaradılan şəraitlə tanış oldular. Parkın inşasına bu ilin fevralında başlanılıb. 0,66 hektar ərazisi olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün hissələr yaradılıb. Bundan başqa, Gənclər parkında 300 kvadrat metr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq zonaları salınıb. Bir sözlə, bu parkda Quba sakinləri və rayonunun qonaqlarının istirahətlərini xoş və mənalı təşkil etmək üçün hərtərəfli şərait yaradılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR