İqtisadiyyat

Bakı Expo Mərkəzində 12-ci Beynəlxalq Təhsil və Karyera Sərgisi açılıb

12-10-2018 | 09:02        

  

Bakıda 12-ci Beynəlxalq Təhsil və Karyera sərgisi açılıb. “Uşaqların gələcəyinə sərmayə” devizi ilə təşkil olunan sərgidə 12 ölkədən 135 təhsil müəsissəsi və şirkət iştirak edir. Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Türkiyə, Sinqapur, Fransa, Belarus, Litva, Macarıstan, Çexiya və digər ölkələrin ali təhsil müəsissələri təmsil olunduğu sərgidə təhsil sahəsindəki son innovasiyalar və nanotexnologiyalar nümayiş etdirilir. Sərgi çərçivəsində ziyarətçilər bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı ilə bağlı çoxsaylı layihələrlə tanışlıq imkanı da qazanırlar.