Bölgələr

Nar yığımı davam edir

11-10-2018 | 09:00        

  

Aqrar sahəyə göstərilən dövlət dəstəyi nəticəsində fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artıraraq ölkəmizin ərzaq təhlükəsizliyinə töhfələrini verirlər.

Füzuli rayonunda 2006-ci ildən fəaliyyət göstərən “Mil-Qarabağ LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 400 hektar sahəni əhatə edir. Bu sahələrin 257 hektarında buğda, 14 hektarında pambıq, 8 hektarında şəkər çuğunduru əkilib, 98 hektarında üzüm, 4 hektarında nar bağları salınıb. Əsasən texniki üzüm sortlarının becərildiyi bağdan yığılan məhsul şərab emalı müəssisələrinə verilir. Təsərrüfatda artıq üzüm yığımı başa çatıb və 500 ton məhsul istehsal edilib. Hazırda isə nar bağlarında məhsul yığımı davam edir. Göyçaydan gətirilərək əkilən nar ağaclarının meyvəsi görünüşünə və dadına görə heç də məhşur Göyçay narından geri qalmır. Bu il bağdan 20 tondan artıq məhsul gözlənilir. Yığılan meyvələr həm bazarlarda satışa çıxarılır, həm də emal müəssisələrinə verilir.

Təsərrüfatın əsasını isə taxılçılıq təşkil edir. Bu il 257 hektarda buğda əkilib və orta hesabla hər hektardan 30 sentnerdən çox məhsul götürülüb. İstehsal olunan buğda un emalı müəssisələrinə verilir. Hazırda təsərrüfatda gələn ilin məhsulunun əsası qoyulur - şum qaldırılır. Təsərrüfatda ötən il 12 hektar sahədən 26 ton pambıq yığılıb. Bu il isə "Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında 14 hektarda “ağ qızıl” yetişdirilib. Düzgün aqrotexniki qulluq sayəsində tarlalarda məhsul boldur. Hazırda pambıq yığımı davam edir. Artıq 8,2 ton məhsul yığılaraq qəbul məntəqəsinə təhvil verilib. Mövsümün sonunadək 35 ton məhsul istehsal ediləcəyi proqnozlaşdırılır. Növbəli əkinin tətbiq edildiyi təsərrüfatda becərilən bitkilərdən biri də şəkər çuğundurudur. Artıq şəkər çuğunduru əkilən 8 hektarda becərmə işləri başa çatıb. Bir neçə gündən sonra məhsul yığımına başlanılacaq. Hər hektardan orta hesabla 50 ton məhsul istehsalı gözlənilir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR