Bölgələr

”ASAN” avtobus Xaçmazda

11-10-2018 | 08:50        

  

Ölkə başçısının tapşırığına əsasən, “ASAN” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda ən müasir texnoloji avadanlıqlarla təchiz edilən xüsusi avtobuslar sakinlərin ixtiyarındadır. Növbəti dayanacaq isə Xaçmazdır. İndi nəinki xaçmazlılar, ətraf rayonların sakinləri də vaxt itirmədən və uzun məsafə qət etmədən burada qurulan mobil ofisdə lazımi sənədləri qısa müddət ərzində əldə edirlər.

Asan Xidmətə müraciət edən Gülnisə Kərimova ilə yanaşı digər rayon sakinlərinə də müvafiq qaydayla qısa vaxt ərzində lazımi xidmət göstərilir. Burada xidmətin təşkili, həmçinin sakinlərin müraciəti üçün hər cür şərait yaradılıb. Sənədləşmə və digər məsələlərə görə müraciət edən bölgə əhalisi də yaradılan şəraitdən və göstərilən xidmətdən razılıq bildirirlər.

Asan xidmətdə vətəndaşlar diqqətlə dinlənilir və qısa vaxt ərzində ehtiyac duyulan prosedura başlanılır və müraciət edən şəxs vaxt itkisinə yol vermədən sənədlərini tez əldə edir. Bu və digər xidmətləri isə Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Burada gənclərdən ibarət könüllülər qrupu da yaradılıb ki, onlar müraciət edən vətəndaşların işlərində yaxından köməklik göstərirlər. Bu həm də onların gələcək iş planlarına müsbət təsir edəcək amillərdən biridir.

Dövlət səyyar xidmət avtobusu noyabrın 3-nə kimi davam edəcək. Zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilən avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə də davam edir. Hazırda Xaçmazda fəaliyyət göstərən Səyyar Asan xidmət avtobusunun növbəti dayanacağı  isə Qusar  rayonu olacaq.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR