Digər

Sabah 12-ci Beynəlxalq Təhsil və Karyera sərgisi açılacaq

10-10-2018 | 16:16        

  

Sabah 12-ci Beynəlxalq Təhsil və Karyera sərgisi açılacaq. Bu dəfəki sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi ilə keçirilir.

3 gün davam edəcək 12-ci Beynəlxalq Təhsil və Karyera sərgisində təhsil sektorunda ən son innovasiyalar və nano texnologiyalar təqdim olunacaq. Bu iliki sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edəcək. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Türkiyə, Sinqapur, Fransa, Belarus, Litva, Macarıstan, Çex və digər ölkələrin ali təhsil müəsissələri geniş şəbəkə ilə təmsil olunacaq. 

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilər bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı ilə bağlı çoxsaylı layihələrlə tanış olacaqlar. Sərgidə 16 ali təhsil və dil bacarıqlarının təkmilləşdirilməsi sektorlarına xüsisi diqqət yönəldilib.