Cəmiyyət

Təhsil sistemində yeniliklər tətbiq olunur

05-11-2011 | 17:21        

  

Təhsil Nazirliyi ölkədəki bütün orta məktəblərdə "Kiçik Akademiya"lar yaratmağı nəzərdə tutur. Bundan əlavə Nazirlik 35 yaşadək istedadlı müəllimlərin siyahısının hazırlanmasını yekunlaşdırmaq üzrədir.
Təhsil nazirliyinin məlumatında bildirilir ki  orta məktəblərdə "Kiçik Akademiya"ların yaradılmasında məqsəd istedadlı, yaradıcı təfəkkürə malik olan, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onları bir məqsəd ətrafında birləşdirməkdir. Nazirlik bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə "Kiçik Akademiyalar"ın əsasnaməsini də təsdiqləyib. Artıq Bakının, müxtəlif rayonların bır sıra orta məktəblərində, xüsusilə özəl lisey və gimnaziyalarda "Kiçik Akademiya"lar yaradılıb. Azərbaycanda 35 yaşadək istedadlı müəllimlərin siyahısının hazırlanması da  yekunlaşmaq üzrədir. İlkin olaraq, siyahıya 300-ə qədər gənc müəllim daxil edilib.O əlavə edib ki, siyahıya daxil edilmiş istedadlı müəllimlər ölkənin müxtəlif bölgələrini təmsil edirlər. Həmin müəllimlər üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, onlara yaradıcı fəaliyyət üçün geniş imkanlar veriləcək. Bu məqsədlə təhsil nazirinin əmri ilə fəaliyyət planı təsdiq edilib.


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR