Bölgələr

“Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda elmi-praktiki konfrans keçirilib

10-10-2018 | 08:38        

  

Gəncədə “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda aqrar sahədə çalışan gənc tədqiqatçıların elmi-praktiki konfransı keçirilib. Akademikin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən konfransda Əməkdar elm xadiminin fəaliyyətindən, aqrar sahənin inkiaşfına verdiyi töhfələrdən bəhs olunub. Universitetin rektoru İbrahim Cəfərov taxılçılığın inkişafında görkəmli alimin xidmətlərini yüksək qiymətləndirdi. Cəlal Əliyevin yetişdirdiyi taxıl sortlarının məhsuldarlığı, xəstəliyə davamlılığı, yerli iqlim şəraitinə uyğunluğu ilə fərqləndiyini qeyd edildi. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaradıb. Akademikin yazdığı elmi əsərlər və məqalələr, monoqrafiyalar, dərsliklər bu gün də gənc tədqiqatçılar üçün əsas bilik mənbəyidir.