Mədəniyyət

Bakıda dünyada ilk dəfə olaraq kukla sərgisi keçirilib

05-11-2011 | 11:11        

  

Bakıda Beynəlxalq Kukla Biennalesi keçirilib. Dünyada ilk dəfə olaraq Bakıda keçirilən  bu tədbirdə bir çox ölkələrin kukla ustaları iştirak edib. Beynəlxalq Kukla Festivalı çərçivəsində həyat keçirilən “Fusion Doll” sərgisinin əsas məqsədi  beynəlxalq təşkilatlar və qalereyalar arasında əməkdaşlığın yaradılmasıdır. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev ölkəmizdə ilk dəfə keçirilən Biennalesi sərgisinin şəhərimizdə baş tutmasını yüksək qiymətləndirdi. Sonra Rusiyanın təmsilçiləri  çıxış ediblər. Bakıda həyata keçirilən  “Fusion Doll” sərgisində iştirak etmələrindən mumun olduqlarını bildiriblər. Daha sonra sərgiyə baxış keçirilib. Bədii kukla qalereyasında  9 ölkədən olan 19 kukla ustası iştirak edib. Tədbirdə Azərbaycanla yanaşı İtaliya, Fransa, Rusiya,  Latviya, Çexiya və başqa ölkələrin kukla ustaları  burda əl işlərini sərgiləyiblər. Qalereyada klassik, interyer, treş kukla, feşn kukla,qotik və başqa mövzularda əsərlər nümayiş olunur.

 

“Fusion Doll” sərgisi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgiyə baxışdan sonra isə  kukla ustaları  diplomlarla mükafatlandırıldı. Sərgi qalereyası  noyabrın 10-na kimi davam edəcək.  

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR