Siyasət

Azərbaycan UNESCO-nun 4 yardımçı qurumuna üzv seçilib

05-11-2011 | 11:00        

  

Azərbaycan UNESCO Baş Konfransının 36-cı sessiyası çərçivəsində keçirilən seçkilərdə təşkilatın dörd yardımçı qurumuna üzv seçilib.  Dörd illik müddətinə UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Hidroloji və Kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqramların hökumətlərarası şuralarına, Fiziki təhsil və İdman üzrə Hökumətlərarası Komitəyə yekdilliklə üzvlüyə qəbul edilib. Ölkəmiz eyni zamanda,  UNESCO-nun “Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə qaytarılmasının təşviq edilməsi” üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.