Mədəniyyət

29-cu Milan beynəlxalq festivalında ölkəmizi təmsil edən film uğur qazanıb

05-11-2011 | 10:53        

  

Azərbaycan kinematoqrafçılarının istehsal etdiyi sənədli film beynəlxalq idman filmləri festivalında uğur qazanıb. Qalib film isə milli futbolumuzun 100 illiyinə həsr olunub.   İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən keçirilən  29-cu Milan Beynəlxalq Festivalında ölkəmiz iki filmlə təmsil olunub.  Festivalın final mərhələsində idmanın 50 növü üzrə 54 ölkədən 150-yə qədər  film nümayiş etdirilib. Bu filmlər sırasında  “Salnamə” studiyasında çəkilən “Yerə dəyən top göylərə qalxar” və “Çovqan” sənədli filmləri isə tamaşaçıların diqqətini xüsusilə  çəkib. Müsabiqə filmləri : “Olimpiya oyunları”, “Sənədli filmlər”, “Tele-şou və yeni texnologiyalar”, “İdman və cəmiyyət”, “Kinofilmlər”, “İdman və reklam” və “Kino və televiziya - Böyük çempionlar”adlı yeddi nominasiya üzrə yarışıb. Sonuncu bölmədə isə ölkəmizi təmsil edən  “Yerə dəyən top göylərə galxar” sənədli filmi “Ən yaxşı film” mükafatına layiq görülüb. Filmin müəllifi Arzu Urşandır. Festivalın yekun tədbirində isə  “Böyük çempionlar” bölməsi üzrə altı nominantın adı açıqlanıb. Nəticədə isə  Azərbaycan filmi qalib elan olunub.  Xatırladaq ki,  “Yerə dəyən top göylərə galxar” filmi sentyabrda Rusiyada  keçirilən 7-ci Beynəlxalq İdman Filmləri Festivalında “Olimpiya ideallarına sədaqət” nominasiyası üzrə I yer qazanıb. Milan festivalı zamanı sənədli ekran işi Almaniya və Braziliyada keçirilən idman filmləri festivallarına da  dəvət alıb.  Digər ikinci “Çovqan” filmi isə  festivalın fəxri diplomu və xüsusi medalına layiq görülüb

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR