Siyasət

Argentinanin elm, texnologiya və produktiv innovasiya naziri Heydər Əliyev Fondunda olub

04-11-2011 | 13:19        

  

 Azərbaycanda səfərdə olan  Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino  Baranao Heydər Əliyev Fondunda olubArgentinalı nazir Lino Baranaoya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olan qonağa  bildirilib ki,  ulu öndər şərəfli ömür yolunu bütövlüklə vətənin möhkəmlənməsinə və tərəqqisinə həsr edib. Qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunan kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub,  xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb. Ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi argentinalı qonaqlarda xüsusi maraq doğurub.  Bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyi vurğulanıb. Qonaq Heydər Əliyev Fondundan  zəngin təssüratla ayrılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR