Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır

26-09-2018 | 11:19        

  

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda həyat şərtləri ağırdır. Kəndlərdə enerji və mavi yanacaqla yanaşı su böhranı da yaşanır. İşğalçı ölkənin 10 əyalətindən 9-da əhali içməyə su tapa bilmir. İrəvana gələn Ararat rayonunun bir qrup sakini hökumət binası qarşısında oturaq aksiyaya başlayıb.

Ermənistanın Ararat rayonunun sakinləri uzun illərdir içməli su probleminin həllini tapmadığını görüb İrəvana üz tutublar. Hökumət binası qarşısında oturaq aksiyaya başlayan narazı vətəndaşlar bildirirlər ki, əslində onların yaşadıqları ərazidə su var, sadəcə infrastruktur köhnəldiyindən xətlər sıradan çıxıb. Çayların quruması da problemi dərinləşdirib. Nəticədə 100-lə insan  susuz qalıb. Etirazçıların sözlərinə görə, kəndlilər nəinki su almağa, hətta ailərini dolandırmağa pul tapmırlar. Dəfələrlə yığışıb İrəvana şikayətə gəlsələr də ənənəvi problemdən qurtula bilmirlər. Borcları çoxaldığından yaşadıqları ərazilərə su maşını da az hallarda gəlir. Bu da onların işini çətinləşdirir. Sakinlər deyirlər ki, hökumətin hər dəfə “növbəti il problem həllini tapacaq” vədləri onları yorub. Əgər maddi vəziyyətləri imkan versəydi özləri kəndlərinə su xətti çəkərdilər. Ararat sakinləri İrəvana növbəti dəfə üz tutmazdan əvvəl əyalət qubernatorunun qəbuluna düşməyə çalışıblar. Nikol Paşinyan tərəfindən yeni təyinat alan Qarik Sarkisyan onların şikayətini dinləməyb.

Ermənistanın sərnişindaşıma xidməti ilə məşğul olan şirkətlərindən birinin əməkdaşları isə mikroavtobusları Hökumət binası qarşısına sürüblər. Oturaq tətilə başlayan sürücülər Armavir-İrəvan marşrut xətti üzrə işləməkdən imtina etdiklərini deyirlər. Bilirirlər ki, magistral yollar bərbad olduğundan mikroavtobuslar ciddi zərər görür. Ona görə də nəqliyyat vasitələrini tez-tez yeniləməli olular. İndi də daha bir problemi onlara Nəqliyyat Nazirliyi yaradır: yeni mikroavtobuslara sarı nömrə vermir. Bu olmadan yol patrul xidməti onların işinə mane olur.

Ermənistanda məskunlaşan ailər də hökumətdən narazılıq edir. Bildirilir ki, hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq onların probmelləri ilə maraqlanan yodur. Üstəlik, hökumət vaxtilə Azərbaycandan Ermənistana köçən ermənilərdən istifadə edərək xarici təşkilatlardan külli miqdarda pullar əldə edir. Onlar ölkədə əsir həyatı yaşadığını deyirlər. 16 kvadratmetrlik otaqda böyük bir ailə məskunlaşıb. Mətbəxləri belə olmayan ailələr burada 30 ilə yaxındır yad münasibət gördüklərini bildirirlər. Şikayətçilər deyirlər ki, Ermənistandakı sosial problemlərə dözmək mümkün deyil.  Bu səbəbdən də ölkəni tərk etmək istəyirlər.