İqtisadiyyat

“Worldfood Moscow 2018” sərgisi çərçivəsində yeni müqavilələr imzalanıb

26-09-2018 | 11:12        

  

Moskvada keçirilən “Worldfood Moscow 2018” sərgisi çərçivəsində Azərbaycan məhsullarının ixracı üçün yeni müqavilələr bağlanılıb. Müqavilələr əsasən meyvə-tərəvəz məhsullarının ixracı ilə bağlı olub. Ümumilkdə isə sərgidə vahid ölkə stendində təqdim edilən Azərbaycan məhsulları böyük marağa səbəb olub. 35 şirkətin istehsal etdiyi qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları ziyarətçilərə və xarici şirkətlərə təqdim edilib. Ötən il olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow 2018” sərgisinin rəsmi tərəfdaşı olub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR