Digər

Şahdağın adı ən məşhur dağ-xizək kurortlarının siyahısında ilk üçlükdə qərarlaşıb

26-09-2018 | 11:10        

  

“TurStat” Analitik Agentliyi ən məşhur dağ-xizək kurortlarının siyahısını açıqlayıb. Siyahıda “Şahdağ” kurortunun adı da yer alıb.

Qusar rayonunun inzibati ərazisinə düşən Böyük Qafqaz dağ silsiləsinin zirvələrindən biri sayılan Şahdağ dağının hündürlüyü dəniz səviyyəsindən 4 min 243 metrdir. Qədim buzlaqları, dərələri, heyrətamiz dağ gölləri, kanyonları ilə zəngin, bitki və heyvan  aləminin ekoloji xəzinəsi adlandırılan Şahdağ ilk dəfə rus alpinisti və topoqrafı Andrey Pastuxov tərəfindən 1892-ci ildə fəth olunub. Burada təbiətin insanlara bəxş etdiyi gözəllik hər kəsin yaddaşında uzun müddət qalır. Məhz bu səbəbdən Şahdağda salınan regionun ən iri xizək kurortu həm də dünyanın ən böyük milli parklarından sayılır. Bu məkan turistlərin də maraq dairəsindədir. Əbəs yerə deyil ki, “TurStat” Analitik Agentliyinin  2019-cu il üçün hazırladığı reytinqdə Şahdağın adı ən yaxşı dax-xizək kurortları arasında yer alıb. Şahdağ kurortu qış istirahəti üçün MDB-yə üzv olan və yaxın xaric ölkələrin ən məşhur dağ-xizək kurortlarının ilk üçlüyündə qərarlaşıb. “Tufandağ” isə  9-cu yerdədir. Qeyd edək ki, bu reytinq 2019-cu ilin qış mövsümü ərzində turist səfərlərinin proqnozlaşdırılan nəticələrinə uyğun olaraq tərtib edilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR