Cəmiyyət

Bakıda yeraltı avtomobil dayanacaları tikiləcək

04-11-2011 | 11:58        

  

Bakıda təqribən 100 yeraltı avtomobil dayanacağının tikilməsinə tələbat var. Nəqliyyat Nazirliyinin apardığı araşdırmalara əsasən qərara alınıb ki, gələn il daha 10-15 yeraltı dayanacağın tikintisinə başlanılsın.

 “Məşədi Əzizbəyov” metrostansiyasının yaxınlığında, Bakı Avtovağzalında, “Azneft” meydanında, şəhərə Zığ tərəfdən girişdə,  “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında iri dayanacaqlar tikiləcək. Dayanacaqların tikintisi layihəsinin müxtəlif maliyyə mənbələri - dövlət büdcəsi, beynəlxalq maliyyə təşkilatları və özəl sektor hesabına həyata keçirilməsi planlaşdırılıb. Onu da deyək ki, hazırda Bakı şəhərində nəqliyyatın inkişafı üçün investisiya proqramı hazırlanır. Proqramın maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankı 300 milyon dollar ayırmağı planlaşdırır. Bank bu kreditin ilk tranşını 2013-cü ildə ayırmağa hazırdır. Qeyd edək ki, yerüstü və yeraltı avtomobil dayanacaqlarının tikintisi 2011-ci ilin əvvəllərindən başlanıb.