Xarici xəbərlər

Uruqvayın prezidenti Venesuelaya rəsmi səfər edib

28-01-2011 | 15:52        

  

Uruqvayın prezidenti Xose Muxika Venesuelaya  rəsmi səfər edib. Səfər çərçivəsində Muxika həmkarı  Uqo Çaveslə görüşüb. Görüşdə tərəflər bir çox sahələrdə əməkdaşlığa dair razılığa gəliblər. Danışıqlar zamanı ölkə başçıları enerji sahəsində əməkdaşlığa daha çox diqqət ayırıblar. İki ölkə rəhbərləri kənd təsərrüfatı, elm, texnologiya, ticarət, ərzaq sahələrində əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu, Muxikanın prezidentliyi dövründə Venesuelaya ikinci səfəridir.