Xarici xəbərlər

İtaliyada “Böyük 20-lik” ölkələrinin sammitinə etiraz edən minlərlə insan küçələrə axışıb

04-11-2011 | 11:55        

  

 

İtaliyada isə “Böyük 20-lik” ölkələrinin sammitinə etiraz edən minlərlə insan küçələrə axışıb. Paytaxt Romada keçirilən aksiyasında  etirazçılar böhrandan çıxmaqla bağlı qərarların yalnız bir neçə ölkə lideri tərəfindən qəbuluna qarşı şüarlar səsləndiriblər. Aksiyaçılar hökumətləri xalqların mənafeyini müdafiə etməyə çağırıblar. Nümayişlərə tələbələr də qoşulub. Polis aksiyanın qarşısını almağa çalışıb. Nəticədə qarşıdurmalar baş verib. Asayiş keşikçiləri nümayışçılərə qarşı dəyənəklərdən istifadə ediblər.