Xarici xəbərlər

İraq və Əfqanıstanda yenidən terror aktları törədilib

04-11-2011 | 11:52        

  

İraqda yenidən terror aktı törədilib. Əfqanıstanda isə silahlılar yerli təhlükəsizlik şirkətinin əməkdaşlarına hücum ediblər. İraqın cənubunda yerləşən Bəsrə şəhərində partlayış  törədilib.  Terror aktı  şəhərin mərkəzindəki kafelərin qarşısında baş verib. Nəticədə 8 nəfərin həlak olub, 22 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə içərisində partlayıcı qurğu olan motosiklet  kafenin qarşısında partladılıb. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Əfqanıstanın qərbində yerləşən Herat əyalətində isə silahlılar Beynəlxalq Koalisiya qüvvələri İlə çalışan yerli təhlükəsizlik şirkətinin əməkdaşlarına hücum ediblər. Məlumata görə, 5 silahlı Beynəlxalq koalisiya qüvvələrinin hərbi bazasının yerləşdiyi aeroportun yaxınlığında mühafizəçiləri atəşə tutub. Atışma nəticəsində silahlıların hamısı məhv edilib. Atışmada yerli təhlükəsizlik şirkətinin 2 əməkdaşı da həlak olub. 5 nəfər isə yaralanıb. Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.