Cəmiyyət

Gələn ildən ali məktəblərə qəbul imtahanlarında sualların formatı dəyişdiriləcək

21-09-2018 | 13:03        

  

Gələn ildən ali məktəblərə qəbul imtahanlarında sualların formatı dəyişdiriləcək. İmtahanlarda kurikulum sisteminə uyğun olaraq tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq. Maksimal bal isə elə 700 olacaq.

Ali  məktəblərə qəbul zamanı abituriyent maksimal 700 balın 300-nü buraxılış imtahanında, 400-nü isə qəbul imtahanlarında toplaya bilər. Bununla yanaşı, əgər bu il qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunurdusa, gələn ildən isə bu rəqəm azaldılaraq 3-ə endiriləcək. Sualların tərkibinə gəlincə isə DİM tərəfindən kurikulum sisteminə uyğun olaraq müəyyən dəyişikliklər ediləcək. Daha çox açıq tipli, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq

Yeri gəlmişkən, Bakıda Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə “Vahid pəncərə sistemi əsasında vətəndaşlara əlçatan, şəffaf və səmərəli dövlət xidmətlərinin göstərilməsi” mövzusunda seminar başlayıb. Dövlət İmtahan Mərkəzinin  Direktorlar Şurasının sədri  Məleykə Abbaszadə diqqətə çatdırdı ki, tədbirin məqsədi “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin nümayəndələrinə Azərbaycanda dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən yeniliklər barədə ölkəmizin təcrübəsini paylaşmaqdır. Avropa İttifaqının Bakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu müvafiq platformanın Azərbaycanda qurumların fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Seminar “bir pəncərə” prinsipini tətbiq edən qurumların nümayəndələrinin çıxışları ilə davam etdirildi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR