Siyasət

ATƏT yanında daimi nümayəndəmiz rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bəyan edib

04-11-2011 | 11:45        

  

ATƏT- in Minsk qrupunun  həmsədrləri hesabatla çıxış ediblər. ATƏT üzv dövlətlərin qatıldıgı hesabat iclasında daha sonra Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi çıxış edib. O, Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha iştirakçıların diqqətinə çatdırıb.

ATƏT yanında daimi nümayəndəmiz Qalib İsrafilov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yalnız regionun deyil, eyni zamanda Avropanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan  Avropanın etibarlı tərəfdaşına çevrilib və qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ATƏT-ə üzv ölkələr üçün də fövqəladə dərəcədə mühüm məsələ olmalıdır. Danışıqların gedişinə toxunan daimi nümayəndə deyib ki, hazırkı status-kvonun saxlanılması Ermənistan tərəfinin marağındadır və bu dövlət heç bir şərtlə bunu dəyişmək niyyətində deyildir. İşğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsin məhv edilməsi, abidələrin dağıdılması, bu ərazilərin Ermənsitan tərəfindən məskunlaşdırılması, təbii sərvətlərin amansızcasına talan edilməsi Ermənistanın bu niyyətini bəyan edən siqnallardır. Azərbaycan səfiri qeyd edib ki, etimad quruculuğu tədbirləri status-kvonun möhkəmlənməsinə xidmət etməməli, əksinə, işğal olunmuş ərazilərimizin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiya olunmasına töhfə verməlidir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR