İqtisadiyyat

Bu il əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

20-09-2018 | 11:16        

  

Bu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 22,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 37,7 faiz artıb. İstifadə olunmuş vəsaitin 69,6 faizi məhsul istehsalı obyektlərinin, 22,9 faizi xidmət sahələri üzrə obyektlərin tikintisinə sərf edilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 59,4 faizini daxili vəsaitlər təşkil edib.