Cəmiyyət

Göyçayda VI ənənəvi "Nar Bayramı" keçirilir

04-11-2011 | 11:24        

  

Noyabrın 4-də  Göyçay rayonunda VI ənənəvi "Nar Bayramı" başlayır. Məqsəd regionun təbliği, mədəni və iqtisadi potensialın nümayişi, eləcə də turizmin inkişaf etdirilməsinə yardım etməkdir.

Göyçayın simvoluna çevrilmiş  Nar Bayramı saat 12:00-da rəsmi açılış mərasimi ilə başlayacaq.Yerli və xarici qonaqlar nar məhsullarından ibarət sərgilər, nar mövzusunda hazırlanmış bədii kompozisiyalarla tanış olmaq imkanı əldə edəcəklər. Tədbirdə nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlərin yetişdirdiyi müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsaqibələr, oyunlar təşkil ediləcək. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramları nümayiş olunacaq. Qeyd edək ki “Nar bayramı” 2006-cı ildən başlayaraq  Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə hər il  keçirilir. Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə yerli və əcnəbi iş adamları da iştirak edirlər. Onlar nar məhsullarından hazırlanmış şirələrə qonaq edilir, həmçinin hədiyyələr əldə edirlər. Hər il tədbirdə 40-dan çox beynəlxalq qonaq iştrak edir. Məhz bunun üçün tədbir beynəlxalq status alıb. Hazırda Göyçayda 30-a yaxın nar sortu yetişdirilir.