Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

20-09-2018 | 11:07        

  
Dərin iqtisadi böhran içində olan  Ermənistanda ictimi-siyasi vəziyyət də gərgindir. İşğalçı ölkədə etiraz aksiyaları səngimr. Bu dəfə İrəvan Dövlət Universitetinin tələbələri tətilə başlayıblar. Onlar, Ali təhsil ocağının rektorunun istefasını tələb edirlər. Sərhədsiz Reportyorlar isə məmurların səs yazısına görə alt-üst edilən “Yerevan Toudey” saytındakı axtarışa sərt reaksiya veriblər. Hüquq-mühafizə orqanlarının bu addımı  Ermənistanda yeni diktatura rejiminin formalaşdığnın təsdiqi kimi dəyərləndirilib.
İrəvan Dövlət Universitetinin Teatr və Kino fakültəsinin bir qrup tələbəsi tətil elan edib. Etirazçılar Ali təhsil ocağının rektoru David Muradyanın istefasını tələb edirlər. Bildirilir ki, onlar hələ ötən tədris ilində universitet rəhbərliyinə çoxsaylı şikayət ediblər. Problemlərinin həlli üçün rektorla yanaşı, hökumət rəsmilərinə də məlumat veriblər. Tələbələrin sözlərinə görə David Muradyan özünü Universitetin sahibi kimi aparır. Onunla söhbət etmək belə mümkün deyil. Bu şəxsin qayğısı yalnız tələbələrdən  pul toplamaqdır. Etirazçılar, aldığı rüşvətlərin müqabilində rektorun oliqarxa çevrildiyini iddia edirlər. Təhsil üzrə ekpertlərin fikrincə bu Ermənistan reallığında tez-tez rastlanan haldır. Ölkədə fəaliyyət göstərən Universitetlərin hamısında eyni vəziyyət hökm sürür. Təkcə İrəvan Dövlət Universitetində son 1 ildə 4 milyon drama yaxın dövlət vəsaiti mənimsənilib. Bu məbləğin müqabilində Ali təhsil müəssisəsinin ingilis dili fakültəsinin beynəlxalq əlaqələri gücləndirilməli idi.  Sərhədsiz Reportyorlar isə məmurların səs yazısına görə alt-üst edilən “Yerevan Toudey” saytındakı axtarışa sərt reaksiya veriblər. Hüquq-mühafizə orqanlarının bu addımı Ermənistanda yeni diktatura rejiminin formalaşdığnın təsdiqi kimi dəyərləndirilib. Bildirilir ki, Paşinyanın komandasının söz azadlığına hücumları get-gedə daha da kəskinləşir. Onların köməyinə isə bu işdə güc sturukturları çatır. Buna ən yaxşı sübut  “Yerevan Toudey"ın redaksiyasına edilən basqın və axtarışdır. Baş redaktor Sevak Akopyanın sözlərinə görə, hüquq mühafizə orqanları qalmaqallı səs yazısını yayanı tapmaq üçün redaksiyaya hücum edib. Polis ofisdə hər şeyi dağıdıb. Axtarış isə vəkilin iştirakı olmadan keçirilib. Baş redaktora heç redaksiyaya daxil olmağa imkan verilməyib.  Redaksiyanın məhkəməyə müraciət edib-etməyəcəyi barədə suala cavabında Akopyan deyib ki, bunun heç bir mənası yoxdur. Çünki hər bir qurum Paşinyanın komandasının nəzarətindədir. Onlara isə heç nəyi sübut etmək mümkün deyil. Baş redaktor ancaq kömək xahişi ilə müxtəlif beynəlxaql təşkilatlara məktublar yazacağını deyib.