Siyasət

Azərbaycanın sədrliyi ilə Almatıda gender və iqtisadiyyat üzrə tematik işçi qrupunun iclası keçirilib

20-09-2018 | 08:56        

  

Azərbaycanın sədrliyi ilə Almatıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın  Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası keçirilib.

Qadınların iqtisadiyyatın müxtəlif sahələrində iştirakı və gender bərabərliyi üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində görülən işlərin müzakirə olunduğu iclasa BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının Gender və İqtisadiyyat üzrə tematik Qrupunun rəhbəri kimi Azərbaycan sədrlik etdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı istiqamətində aparılan dövlət siyasəti və bu sahədə Azərbaycanın təcrübəsindən danışdı. SPECA işçi qrupu çərçivəsində Qadın Biznes Forumlarının keçirildiyini qeyd edildi. Qadın sahibkarlığının inkişafı ilə bağlı müntəzəm görüşlərin, seminarların və regionun biznes mühitini, eləcə də  problemlərini qiymətləndirmək üçün pilot layihələrin keçirilidiyi vurğulandı. Forum çərçivəsində gələcəkdə əməkdaşlıq üçün bazanın möhkəmləndirilməsi, səmərəli dialoq və təcrübə mübadiləsinin aparılması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.  BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı–SPECA  Mərkəzi Asiya ölkələri ilə BMT-nin birgə layihəsidir.