Siyasət

Cibuti Milli Assambleyasının sədri Milli Məclisin sədri ilə görüşüb

20-09-2018 | 08:41        

  

Cibuti Milli Assambleyasının sədri Mohamed Ali Huməd Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizdə səfərdədir. Parlamentdə olan qonaq Milli Məclisin sədri ilə görüşüb.

Son zamanlar Azərbaycanla Cibuti arasında əlaqələr müxtəlif istiqamətlər, xüsusilə siyasi sahədə inkişaf edir. Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin əməkdaşlığın genişləndirilməsinə yaxşı töhfə verəcəyinə ümidvarlığını bildirdi. Münasibətlərdə parlament diplomatiyasının rolunu qeyd edərək bu sahədə ikitərəfli fəaliyyəti xüsusi vurğuladı. Parlamentarilərin beynəlxalq qurumlardakı birgə əməkdaşlığından da razılıq etdi. Diqqətə çatdrdı ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Cibuti Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təsis edilmiş Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna ilk daxil olan dövlətlərdən biri də Cibutidir. Cibuti Milli Assambleyanın sədri Mohamed Əli Huməd Azərbaycan paralmentini 100 illik yubileyi münasibəti ilə təbrik edərək belə bir tədbirdə iştirakdan şərəf duyduqlarını dedi. Qonaq ölkələrimizin mövcud münasibətlərindən razılıq etdi. İqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu dedi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR