Siyasət

Misir Azərbaycanla əlaqələrin möhkəmləndirilməsini istəyir

20-09-2018 | 08:39        

  

Azərbaycan inkişaf etmiş dövlətdir və Misir bu ölkə ilə münasibətlərin daha da möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini istəyir. Bu fikri Bakıda səfərdə olan Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif Milli Məclisdə keçirdikləri görüşdə səsləndirib.

“Misir və Azərbaycan dost, qardaş ölkələrdir. Bizim ölkələrimizin çox yaxşı əlaqələri var”. Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirdi. İqtisadi əməkdaşlığın günişləndirilməsi yaxşı potensialın olduğunu dedi.  Əlavə etdi ki, bunun üçün yaxşı hüquqi baza da yaradılıb. Birinci vitse-spiker qonaqlara ölkəmizdəki parlamentarizim ənənələri, Milli Məclisin fəaliyyəti, qazanılan uğurlar barədə geniş məlumat verdi. Diqqətə çatdırdı ki, müsəlman Şərqində yaranan ilk demokratik cümhuriyyətin parlamenti o zaman qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq çox iş gördü, 235 qərar və qanun qəbul etdi. Başlıcası isə, Azərbaycanda güclü dövlətçilik ənənələrinin başlanğıcı qoyuldu. Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif ölkələrimizin və xalqlarımızın qədim, zəngin tarixə, müşətərək dəyərlərə sahib olduğunu, Misir xalqının hər zaman Azərbaycan xalqına böyük hörmət bəslədiyini dedi. Əlavə etdi ki, Azərbaycan inkişaf etmiş ölkədir. Misir bu ölkə ilə əlaqələrin möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini istəyir. Bu yaxınlarda isə iki ölkə arasında əlaqələrinin inkişafına yaxşı təkan verəcək birbaşa hava nəqliyyatı reysi açılacaq.