Cəmiyyət

Bayram günlərində hava qeyri-sabit keçəcək

03-11-2011 | 17:10        

  

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək. Hidrometeoroloqlar yaxın 3 günün yağışlı keçəcəyini deyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən  axşam bəzi yerlərdə az yağış yağacaq. Noyabrın 4-də isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Bölgələrdə  hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayın 5-i axşamdan başlayaraq temperaturun bir qədər də enəcəyi, yağış yağacağı gözlənilir. Bayram günlərinə gədikdə isə Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsasən hava şəraiti  əvvəlki günlərə nisbətdə qeyri-sabit  keçəcək.Noyabrın 4 və 5-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq. Bununla belə nisbi rütubətin normadan bir qədər yüksək olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR