Cəmiyyət

“Fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılması” mövzusunda konfrans keçirilib

14-09-2018 | 12:35        

  

Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə Bakıda “Fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılması” mövzusunda konfrans keçirilib. Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə diqqətə çatdırıb ki, nazirlik yarandığı gündən fəlakətlərə hazırlıq və cavab tədbirləri üzrə potensialın artırılması və bu mənada uşaq yönümlü fəaliyyətlərə xüsusi diqqət ayırıb. Bu sahələr üzrə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq  qurulub. UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan isə Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini və Fövqəladə Hallar Nazirliyinin fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəlik layihələrini dəstəklədiyi vurğulanıb. Konfransda  “Gənc xilasedici” beynəlxalq yarışlarına həsr edilən film nümayiş olunub.