Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

14-09-2018 | 12:04        

  

Dərin iqtisadi böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət də gərgindir. İşğalçı ölkə parlamenti baş nazirin imicinə ciddi zərbə vurmağa hazırlaşır. Baş Prokurorluqda isə Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar açılan cinayət işi üzrə istintaq prosesinə başlanılıb.

Ermənistan parlamenti Nikol Paşinyanın imicinə ciddi zərbə vurmağa hazırlaşır. Deputatlar ədalətli nəticənin əldə edilməsi üçün xüsusi komissya yaratamağa qərar veriblər. Bununla bağlı parlament xüsusi növbədənkənar iclas çağıracaq. İclasda iki güc sturukturu məmurunun telefon danışqlarının dinlənməsi məsələsinə baxılacaq. Elektron mediada yayılan 8 dəqiqəlik telefon danışığı zamanı dəfələrlə baş nazirin adı çəkilir. Parlamentdə səs çoxluğuna sahib “Respublika” partiyası bu hadisəni əlində rəhbər tutaraq Paşinyan hökumətini səriştəsizlik və zəif idarəçilikdə ittiham etməyə çalışır. Ermənistan mətbuatı yazır ki, parlamentə xüsusi toplantı  üçün  icazəni  baş nazir verməlidir. Paşinyan isə ona qarşı təxribat hazırlandığını iddia edərək buna imkan verməyəcək. Baş Prokurorluq artıq Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan gizli səs yazısının yayılması ilə əlaqədar açılan cinayət işi üzrə istintaq prosesinə başlayıb. Həmin səs yazısında iki güc strukturu rəhəbəri vəzifə səlahiyyətlərini aşdıqlarına dair açıq-aydın faktlar var. Bu səbəbdən də, Baş Prokurorluq Cinayət Məcəlləsinin 309-cu maddəsinin 1-ci bəndini əsas tutaraq Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinə qarşı cinayət işi açmaqla İstintaq Komitəsinə göndərib. Komitə də öz növbəsində işin icraatına başlayıb. Məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Köçəryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində narazılıqları aradan qalırmaq üçün Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar. Nikol Paşinyan baş verənləri şantaj adlandırır və geri çəkilməyəcəklərini bildirir. Amma səs yazısı sübut edir ki, Ermənistanda keçmiş hakimiyyətin nümayəndələrinə qarşı aparılan istintaq siyasi sifarişə əsaslanır. Xüsusən KTMT baş katibi Yuri Xaçaturovun barəsində həbs qətimkan tədbirinin seçilməsinin göstərişini şəxsən Paşinyan özü verir. Telefon danışığının kim tərəfindən qeydə alınıb sızdırıldığı hazırda müzakirə mövzusudur. Məlumata görə, səz yazısı hələ avqustun 5-də həmin gün açılmış YouTube kanalında yerləşdirilib. Artur Vanetsyan keçirdiyi mətbuat konfransında deyib ki, telefon danışığını onun rəhbərlik etdiyi strukturda yazmayıblar. Vanetsyan səsin keçmiş hakimiyyət nümayəndələri tərəfindən yazılmasını istisna etməyib.