Siyasət

Y.Svetliçnaya: “Ukraynanın Xarkov Vilayəti Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir”

14-09-2018 | 10:22        

  

Ukraynanın Xarxov vilayəti Azərbaycanla regional iqtisadi, mədəni, elmi, texniki əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Bunu Azərbaycan Televiziyasına müsahibəsində vilayətin qubernatoru Yuliya Svetliçnaya deyib.  

Xarkov vilayəti sosial-iqtisadi inkişaf tempinə görə Ukraynanın aparıcı bölgələrindəndir. Vilayət iqtisadiyyatının əsasını ağır və yüngül sənayə müəssisələri, elektrotexnika, böyük aqrotexnika kompleksləri, təyyarə və maşınqayırma zavodları təşkil edir. Xarkov şəhəri Ukraynanın ən böyük nəqliyyat qovşağı hesab olunur. Vilayətlə Azərbaycanın bir sıra təhsil, sənaye və istehsalat müəssisələri arasında qarşılıqlı əlaqələr mövcuddur.  Bu münasibətlərin inkişaf etdirilməsinin vacibliyini  bildirən Xarkov Vilayətinin qubernatoru Yuliya Svetliçnaya son illər Azərbaycanda inşa olunan istehsal müəssisələri ilə Xarkovun analoji müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulmasına böyük maraq göstərdiklərini vurğuladı.  

Yuliya Svetliçnaya - Xarkov vilayətinin qubernatoru:

Şadam ki, dost və qardaş olan Azərbaycanda iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf mövcuddur. Ölkənizin bütün regionlarında müasir istehsal müəssisələri inşa olunub. Bu  baxımdan Xarkov vilayətindəki istehsal müəssisələri Azərbaycanla qarşılıqlı iş birliyinə böyük maraq göstərirlər. Gələcəkdə Xarkov şəhərində iki ölkənin iş adamlarının biznes forumunun keçirilməsinə razılıq da əldə olunub. 

Xarkov şəhərinin ali təhsil ocaqlarında 3 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını da deyən qubernator Azərbaycanla elm, mədəniyyət, idman və turizm sahəsində də qarşılıqlı münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini vurğuladı.