İqtisadiyyat

Ölkəmiz “WorldFood Moscow” Beynəlxalq Ərzaq Sərgisində təmsil olunacaq

14-09-2018 | 09:52        

  

Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının xaricdə nümayişi davam etdirilir. Növbəti belə tədbir sentyabrın 17-dən 20-dək Moskvada keçiriləcək “WorldFood Moscow” Beynəlxalq Ərzaq Sərgisidir. Sərgidə Azərbaycan tərəfdaş ölkə qismində iştirak edəcək və bir stendlə təmsil olunacaq. Bu il Azərbaycan stendində 34 şirkətin məhsullarının nümayişi gözlənilir. Həmçinin, yerli şərabların peşəkar dequstasiyası təşkil ediləcək və müxtəlif istehsalçıların 10 ən yaxşı şərab nümunəsi təqdim olunacaq. İştirakçılara Azərbaycan şərabı və ölkəmizin şərabçılığı barədə bukletlər də paylanılacaq. Bundan başqa, mətbəximizin ləziz təamları, meyvə və tərəvəzlər, konservlər, alkoqolsuz içkilər, qənnadı məmulatları, mürəbbələr və digərləri nümayiş olunacaq.