Bölgələr

Zaqatala rayonunun Makov kəndi ərazisində qatar dayanacağı inşa edilir

03-11-2011 | 15:17        

  

Zaqatala rayonunun Makov kəndi ərazisində qatar dayanacağı  inşa edilir. Dayanacağın istifadəyə verilməsi 30 min sakinin gediş-gəlişini rahatlaşdıracaq.
Qatar platforması Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci  km-də tikilir. Dayanacaq Makov, Yolayrıc, Paşan, Danaçı, Uzun Qazmalar və Aşağı Çardaqlar  kəndlərinin əhalisinə  xidmət göstərəcək. 30-km dən  artıq  məsafəni  qət  edərək  Zaqatala  dəmir  yolu  stansiyasına   getmək məcburiyyətində qalan əhali bundan sonra Makov  kəndi yaxınlığında inşa  edilən  dayanacaqdan istifadə edəcək.
Platformanın  tikintisi ilə  yanaşı dəmir yolu da təmir olunur və ərazi genişləndirilir.