Rəsmi xronika

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul edib

03-11-2011 | 13:04        

  

 

Prezident İlham Əliyev noyabrın 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul edib. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alam Dünya Bankının vitse-prezidenti Filipp Le Uerunun salamlarını dövlətimizin başçısına çatdırıb. O Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar münasibəti ilə dövlətimizin başçısını təbrik edib. Əsəd Alam təmsil etdiyi qurumun Azərbaycanla uğurlu əməkdaşlığından məmnunluğunu bildirib.

 

 Dünya Bankının Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcəkdə də ümumi maraq doğuran layihələrə dəstək veriləcəyini bildirib.

 

 

Görüşdə 2011-ci ildə ölkəmizin qeyri-neft sektorunun sürətlə inkişaf etdiyi vurğulanıb, Azərbaycanda həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub, sosial infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb.

 

 Dövlətimizin başçısı Dünya Bankının  vitse-prezidenti Filipp Le Uerunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dünya Bankının vitse-prezidentinə çatdırmağı xahiş edib.