Siyasət

Qırğızıstanın paytaxtı Bişkekdə TÜRKPA-nın komissiya iclasları keçiriləcək

12-09-2018 | 11:10        

  

Toplantılarda Azərbaycan parlamentinin təmsilçiləri də iştirak edəcəklər. Qurumun Ətraf mühit və təbii ehtiyatlar komissiyasında “Genetik modifikasiya olunmuş orqanizmlər və onların yayılmasının təsiri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq. Sosial, mədəni və humanitar məsələlər komissiyasında isə “Kino və animasiya türkdilli ölkələrdə türk mədəni irsinin hissələri kimi” mövzusunda hesabat üzrə fikir mübadiləsi aparılacaq. İclas çərçivəsində “TÜRKPA-ya üzv dövlətlərdə kinoteatr və animasiya” adlı seminar da təşkil olunacaq. Tədbir iştirakçıları  “Türk kinosu günləri”nin açılışına qatılacaqlar.