Xarici xəbərlər

“G-20” liderləri Kann şəhərinə toplaşıb

03-11-2011 | 12:04        

  

 

Böyük 20-liyə üzv ölkələrin liderləri Fransada keçirilən sammitdə iştirak etmək üçün Kann şəhərinə toplaşıblar. Liderlər sammit ərəfəsində iki toplantı keçiriblər. Görüşlərdə əsas məqsəd isə Yunanıstanda yaranan maliyyə böhranından çıxış yollarının axtarılması olub.

Yunanıstanın üzləşdiyi defolt təhlükəsi ilə bağlı keçirilən qapalı toplantılarda Almaniyanın kansleri Angela Merkel, Avropa İttifaqının rəhbərliyi və Beynəlxalq valyuta fondunun prezidenti Kristin Laqard iştirak ediblər. Böyük 20-liyin sammiti ərəfəsində Yunanıstanın baş naziri Georgius Papandreu Avropa İttifaqının ölkəsini defoltdan xilasetmə planını ümumxalq referendumuna çıxaracağını bildirib. Bu qərar Avropa İttifaqı liderləri tərəfindən birmənalı qarşılanmayıb. Almaniyanın kansleri Angela Merkel rəsmi Afinadan bu qərarı əsaslandırmağı tələb edib. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu isə Yunanıstan hökumətinə müraciət edib. Barrozu bildirib ki, Avropa İttifaqı və Beynəlxalq Valyuta fondunun yardımı olmasa Yunanıstan əhalisi daha ağır fəsadlarla üzləşəcək. Qeyd edək ki, Yunanıstan hökuməti Avropa Birliyi və Beynəlxalq valyuta fondundan aldığı yardımlar müqabilində ölkədə sərt maliyyə islahatları həyata keçirir. İslahatlar nəticəsində dövlət xərcləri, əmək haqları və təqaüdlər azalıb, Dövlət sektorunda iş yerləri ixtisar edilib. Hökumətin sərt iqtisadi planları isə Yunanıstanda kütləvi etiraz və tətillərə səbəb olub.


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR