Xarici xəbərlər

Yaroslavlda təyyarə qəzası ilə bağlı araşdırmaların nəticələri açıqlanıb

03-11-2011 | 11:27        

  

Dövlətlərarası aviasiya komitəsi sentyabrın 7-də Rusiyanın Yaroslavl şəhərində Yak-42  sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb. Komitənin mütəxəssisləri tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Yaroslavlın “Lokomotiv” hokkey klubu üzvlərinin həlak olması ilə nəticələnən qəza pilotların səhvi ucbatından baş verib.

Dövlətlərarası aviasiya komitəsi üzvlərinin hesabatında bildirilir ki,  göyərtəsində Lokomotiv hokkey klubunun üzvlərinin olduğu Yak-42 təyyarəsinin mühərrikində uçuşdan əvvəl heç bir texniki nasazlıq qeydə alınmayıb. Texniki komissiyanın rəyinə əsasən, qəzaya səbəb pilotların səhvi olub. Havaya qalxan zaman pilotlar əyləc pedallarından düzgün istifadə etmədikləri üçün, təkərlərin hərəkəti məhdudlaşıb və təyyarə lazım olan sürəti yığa bilməyib. Nəticədə təyyarə yerə çırpılıb.

 Aleksey Morozov onu da bildirib ki, 2-ci pilotun qanında psixoloji təsir göstərən fenobarbital adlı dərman da aşkarlanıb. Rusiyanın aviasiya qanunvericiliyinə əsasən, mərkəzi sinir sisteminə təsir göstərən bu dərmanları qəbul etdikdən sonra pilotların təyyarə idarə etmələrinə icazə verilmir. Qanunvericiliyə əsasən, polineyropatik xəstəlikdən əziyyət çəkən insanların pilot kimi işləməsi də qadağandır. Təyyarənin ikinci pilotu bu xəstəlikdən əziyyət çəkirmiş. Xatırladaq ki, sentyabrın 7-də Yaroslavlda qəzaya uğrayan Yak-42 sərnişin təyyarəsinin göyərtəsində 37 sərnişin və 8 heyət üzvü olub. Təyyarə “Lokomotiv” hokkey komandasının üzvlərini Minskin “Dinamo” komandasıyla keçiriləcək oyun üçün Yaroslavldan Belarusun paytaxtına aparırmış. Qəza nəticəsində 44 nəfər həlak olub. Yalnız 1 nəfər, təyyarənin göyərtə mühəndisi Aleksandr Sizov sağ qalıb.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR