İqtisadiyyat

“Doing Business-2012” hesabatına əsasən Azərbaycan əmlakın qeydiyyatına görə ilk onluqda qərarlaşıb

03-11-2011 | 11:24        

  

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı   “Doing Business-2012” hesabatına əsasən Azərbaycanın əmlakın qeydiyyatına görə dünya ölkələri  sırasında ilk onluqda qərarlaşıb.Azərbaycan  Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business-2012” ölkələrin biznes mühiti üzrə renkinqində 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yeri tutub. Bu renkinq 10 müxtəlif göstərici üzrə hazırlanıb. “Doing Business 2012” hesabatına əsasən Azərbaycanda ən yaxşı göstərici əmlakın qeydiyyatındadır. Ölkəmiz bu göstəriciyə əmlakın ötürülməsinin asanlığı və az xərc tələb etməsinə görə, dünyada 9-cu pillədə qərarlaşıb. Hesabatda o da bildirilir ki, Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur. Bu prosesə isə 11 gün müddət və əmlak dəyərinin 0,2 faizi qədər xərc sərf edilir. Bu regionda ən yaxşı göstəricilərdən biridir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionunda əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166- cıdır. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, əmlakın qeydiyyatının sadələşdirilməsi davam etdiriləcək. Hazırda əmlak qeydiyyatının sadələşdirilməsi üzrə işlər davam etdirilir. Bura daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün qaydalar və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, prosesdə süni maneələrin aradan qaldırılması aiddir. Bu sahədə qabaqcıl dünya təcrübəsindən də istifadə olunur. Belə ki, 2007-ci ildən etibarən Dünya Bankının dəstəyi ilə reallaşan “Daşınmaz əmlakın qeydiyyatı layihəsi” ölkədə daşınmaz əmlakın qeydiyyatı sistemində ciddi dəyişikliklərə səbəb olacaq. Gələcəkdə isə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbulu sisteminin yaradılması nəzərdə tutulub. Bunun nəticəsində daşınmaz əmlakın qeydiyyatı sistemi elektron hökumətin əhəmiyyətli bir hissəsinə çevriləcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR