Cəmiyyət

Fransa jurnalında "Bakı Qafqazın Dubayı olmaq istəyir" adlı məqalə dərc olunub

03-11-2011 | 11:17        

  

Fransanın nüfuzlu turizm jurnallarından olan "La Tribune et Moi" jurnalında Azərbaycanla bağlı məqalə dərc olunub. Məqalə müəllifi  fransız oxucuları Azərbaycana səfər etməyə dəvət edib.

"Bakı Qafqazın Dubayı olmaq istəyir" başlığı altında dərc olunan məqalədə neft və kürü ilə məşhur olan və Qədim İpək Yolunda yerləşən Azərbaycanın böyük turizm potensialından, qədim Qız Qalasından, İçərişəhərdən, Şirvanşahlar Sarayından bəhs olunur. Müəllif "Küləklər şəhəri" adlandırılan Bakıdan və onun el arasında “ticarət küçəsi” adlandırılan Nizami küçəsindən, Bakı şəhərinin 19 və 20-ci əsrlərə təsadüf edən zəngin arxitekturasından da söhbət açır. Məqalədə qeyd olunur ki, Bakıda Nobel qardaşları və Rotşild kimi məşhur neft maqnatlarının fəaliyyət göstərib. Həmçinin məqalədə vurğulanır ki, Bakıda fəaliyyət göstərən mehmanxanalara bu il yeni 5 ulduzlu otellər əlavə edilib və burada bir sıra dünya şöhrətli mağazalar fəaliyyət göstərir. Məqalədə vurğulanıb ki, bakılıların sevimli yeri olan dənizkənarı bulvar və şəhərin bir sıra yerləri müasirləşdirilib. Daha sonra müəllif azərbaycanlıların qonaqpərvərliyindən və adət-ənənələrindən yazıb və keçmişlə gələcəyi, qədimliklə müasirliyi özündə birləşdirən dünyanın bu əfsanəvi yerini aşkar etmək üçün fransız oxucuları Azərbaycana səfərə dəvət edib. Azərbaycanı Fransadan təxminən 4000 kilometrin ayırmasına baxmayaraq bu ölkəyə səfər etməyin yadda qalacağı xüsusi olaraq vurğulanır və bu ölkəyə tez-tez səfər edən məşhur fransız aktyoru Jerar Depardye ilə səyahətçilərin yolda görüşə biləcəyi ehtimalı qeyd edilir.

 


 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR