İqtisadiyyat

Azərbaycana idxal edilən kartof üçün idxal gömrük rüsumu iki dəfə artırılıb

05-09-2018 | 14:34        

  

Yerli istehsalçıların mənafeyinin qorunması məqsədi ilə xaricdən gətirilən kartofa gömrük rüsumu iki dəfə artırılıb. Bununla bağlı qəbul olunan qərar 2 ay müddətində qüvvədə olacaq. Yeni qərar həm də daxili bazarın qorunmasına hesablanıb. Daxili istehlakda süni qiymət artımının qarşısının alınması da  nəzərədə tutulur  və bu məqsədlə monitorinqlər aparılacaq. Kənd təsərrüfatı məhsulları yarmarkalarının sayının artırılması planlaşdırılır.

İdxal edilən kartof üçün idxal gömrük rüsumu iki dəfə artırılıb. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Nazirlər Kabineti “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə müvafiq dəyişiklik edib. Qərara əsasən idxal gömrük rüsumu kartofun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Əvvəl isə bu rüsum 15 faiz idi. Qərar oktyabrın 31-dək qüvvədədir. Mütəxəssislər deyir ki, gömrük rusumunun artırılması bu sahə ilə məşğul olan fermerlərin mənafeyini qoruyur və daxili bazarda  qiymət artımı gözlənilmir. Bu ilin məhsulu üçün ölkədə 59 min hektar sahədə kartof əkini aparılıb.

İdxal gömrük rüsumunun artımı toxumluq kartofu əhatə etmir. Toxumluq kartof ölkəyə yenə də rusumsuz gətiriləcək. Azərbaycana il ərzində təqribən 200-250 min ton ərzaq kartofu idxal edilir, eləcə də, yerli məhsul istehsalının 150 min tona qədəri hər il ixrac olunur. Hazırda isə qonşu ölkələrdə baş verən devalvasiya prosesi kartofun qiymətinin həmin ölkələrdə kifayət qədər aşağı düşməsinə səbəb olub. Yeni qərar həm də daxili bazarın qorunmasına hesablanıb. Daxili istehlakda süni qiymət artımının qarşısının alınması da  nəzərədə tutulur  və bu məqsədlə monitorinlər aparılacaq. Kənd təsərrüfatı məhsulları yarmarkalarının sayının artırılması planlaşdırılır.